“Porsche Cayenne” 2026-cı ildə elektromobil olacaq

2022-ci il “Porsche” və “Cayenne” üçün uğurlu il oldu. Təkbaşına satışların böyük bir qismini əhatə edən luks SUV, 95 604 ədəd ümumi satışla alman istehsalçısının ən çox satılan modeli mövqeyindədir. Bu il keçirəcəyi dizayn əməliyyatı hazırlıqlarına başlayan “Cayenne”, yeni nəsildə böyük surprizlərlə sevənlərinin qarşısına çıxmağı planlayır. Zuffenhausen-dən gələn iddialara görə, yeni dizayn əməliyyatı “Cayenne” nin ömrünü gözləniləndən daha çox uzadacaq. Artıq yeni nəsildə “Audi” və “Porsche”nin birlikdə istifadə etdiyi Premium Platform Electric üzərindən yüksələn tamamilə elektromobil “Cayenne” görəcəyik.
PPE platforması vasitəsilə yüksələcək bu model, 2026-cı ildə çıxacaq. Bu da modelin ancaq “Macan EV”in ardıyca təqdim olunacağını göstərir. 800V gücünə sahib olan PPE platforması sayəsində “Cayenne” 270 kW-lik sürətli batareya dəstəyi təqdim edəcək. Qeyd edək ki, modelin fərqli batareya növlərinə sahib olan versiyaları satışa çıxarıla bilər. “Porsche”, eyni “Macan”da olduğu kimi “Cayenne”nin elektromobil versiyasının yanında da daxildən yanan mühərrik variantlarını təklif etməyə davam edəcək.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO




















