"Porsche" şirkəti beş rəngdə dondurma buraxıb

Porsche şirkəti sportkar üçün təklif etdiyi 160-dan çox rəngin olduğu palitranın müxtəlifliyini orijinal şəkildə xatırlatmaq qərarına gəldi. Alman istehsalçısı ABŞ-da iyulun 17-də qeyd olunan Milli Dondurma Günü şərəfinə Pretty Cool Ice Cream dondurma brendi ilə əməkdaşlıqda yeni dondurma kolleksiyasını hazırlayıb. Tərəfdaşlar Porsche çeşidindəki ən “yeməli” çalarları seçərək, onlar üçün uyğun olan dadları hazırlayıblar. Alınan eskimolar alman brendinin əfsanəvi modellərinin şəkli olan qablaşdırılmalara yerləşdiriliblər.

Dondurma beş çeşiddə buraxılıb və onlar Porsche rənglərinin adlarını alıblar: Mint Green, Strawberry Red, Macadamia Metallic, Frozen Berry Metallic, Lime Gold Metallic. Məsələn, qablaşdırmasında Porsche 911 (964) modelinin təsviri olan Mint Green donddurması nanə peçenyesi və boyanmış ağ şokolad qabığı olan qaymaqlı dondurmadır. Porsche 718 Boxster təsviri olan qablaşdırmadakı Lime Gold Metallic dondurmasının dadı isə, karamel qabığa bükülmüş ABŞ-da populyar olan laym piroquna bənzəyir.


Digər dadlara təbii çiyələk, qovrulmuş makadamiya və moruq daxildir. Maraqlıdır ki, adında Metallic sözü olan eskimolar müvafiq parlaq örtüyü alıblar - əlbəttə ki, bu örtük yalnız qida boyasından istifadə edilərək hazırlanıb.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












