"Porsche" yeni flaqman elektrik krossoverini hazırlayır

Porsche şirkətinin Vaysax şəhərindəki tədqiqat və inkişaf mərkəzində keçirilən Capital Markets Day tədbirində, şirkətin baş direktoru Oliver Blum elektromobillər xəttinin genişləndiriləcəyini bəyan edib. O, Macan EV elektrokarından daha böyük və daha bahalı olacağı gözlənilən elektrik krossoverinin buraxılacağını bildirib.
Yeni modelin istehsalı alman brendinin Leypsiqdəki zavodunda təşkil ediləcəkdir. Yeni modelin istifadəyə verilməsi, alman istehsalçısına öz hədəfinə çatmağa imkan verəcəkdir. Belə ki, Porsche şirkəti 2030-cu ilə qədər elektrikləşdirilmiş avtomobillərin ümumi satışlardakı payını 80 faizə çatdırmağı hədəfləyir.
“Yeni batareyalı modelin debütü bizə dəbdəbəli avtomobil seqmentində möhkəmlənməyə imkan verəcəkdir”, - Oliver Blum bildirib. O, yeni elektrokarın “daha yüksək qiymətli” avtomobillər sinfinə aid olacağını qeyd edib. Buradan belə nəticəyə gəlmək olar ki, yeni elektrokar Macan EV modelindən daha bahalı olacaq və alman markasının model xəttində Cayenne modelindən bir pillə yuxarıda yerləşdiriləcəkdir.
Belə bir modelin buraxılacağı barədə şayiələr ilk dəfə keçən il peyda olublar. O zaman “Automotive News” nəşri alman brendinin dilerlərinə istinadən avtomobil istehsalçısının üç oturacaq sırasına malik olan yeddi yerli flaqman modelini hazırladığını xəbər vermişdi.
Eyni zamanda, krossoverin sirli Landjet layihəsinin (digər mənbələrə görə Artemis) tərkib hissəsi olacağı da bildirilmişdi ki, bu da onun quruluşunun və texniki hissəsinin bənzər Audi və Bentley modelləri ilə unifikasiya ediləcəyindən xəbər verir.
Lakin motor1.com saytının əldə etdiyi yeni məlumata görə, Porsche şirkətinin gələcək elektrik flaqmanı Audi və ya Bentley layihələri ilə bağlı olmayacaqdır. Eyni zamanda, flaqman krossoveri elektrik Macan EV və Audi Q6 E-Tron elektrokarları ilə birlikdə 2023-cü ildə debüt edəcək PPE platformasına əsaslanacağı məlum olub.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










