"RAM" markası "Rampage" pikapını nümayiş etdirib

RAM şirkəti Rampage adlanan yeni pikapı təqdim edib. Modelin premyerası onun üşün əsas bazarlardan biri olacaq Braziliyada baş tutub. RAM Rampage, Jeep Compass və Renegade ilə eyni platformada inşa edilmiş daşıyıcı kuzovu olan pikapdır. Yenilik iki versiyada - benzin və dizel versiyasında təklif olunacaq, onun satış qiymətləri isə 239 990 - 269 990 Braziliya realı (85 600 – 96 300 manat) arasında dəyişəcəkdir.
Adını 1982-1984-cü illərdə istehsal edilən yığcam pikapdan alan yeni Rampage Braziliyadakı Stellantis zavodunda istehsal olunur - yığılma iyunun 6-da başlayıb, indi isə sifarişlər qəbul olunur. Satışların tam şəkildə başlanması avqust ayına planlaşdırılıb.
Baza pikapı Multijet ailəsinin dizel mühərriki ilə təchiz olunur: bu, 170 at qüvvəli 2,0-litrlik aqreqatdır. Pikap iki başlanğıc təchizat səviyyəsində təklif olunur.
Rampage pikapınındaha üç bahalı təchizat səviyyəsi Jeep Wrangler modelindən tanış olan 2,0-litrlik Hurricane benzin mühərriki ilə təchiz edilir. 272 at qüvvəsi hasil edən mühərrik Rampage modelini Cənubi Amerika bazarında satılan ən güclü pikapa çevirir. Hər iki mühərrik doqquz pilləli “avtomat” və tam ötürmə ilə birlikdə çalışır.
Pikapın yükgötürmə qabiliyyəti, modifikasiyadan asılı olaraq, 750 və ya 1015 kiloqramdır.
272 at qüvvəli RAM Rampage yerindən 100 km/saat həddinə 6,9 saniyəyə sürətlənir, 170 at qüvvəli mühərriki olan versiya isə, bu işə 7,1 saniyə sərf edir.
Model, həmçinin digərlərindən fərqlənən yüksək səviyyəli R/T versiyasına malikdir - belə pikap daha sərt asmaya, bir santimetr azaldılmış klirensə, ofroud şinləri olan 17-düymlük təkər disklərinə və buraxılış sisteminin iki çıxış borusuna malikdir.
Artıq satışların başlanğıcında RAM Rampage üçün Mopar aksessuarlarının geniş çeşidi təklif ediləcəkdir - kataloqa 35 mövqe var ki, onlar arasında, məsələn, irəli çıxan elektrik ayaqaltıları var.
autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










