"Renault" qrupu Parisdə altı yenilik nümayiş etdirəcək - FOTO

Pandemiyanın başlanmasından sonra ilk dəfə keçirilən Paris avtosalonu oktyabrın 17-də işinə başlamalıdır. Məlum məsələdir ki, yerli avtomobil istehsalçıları doğma məkanda keçirilən sərgiyə xüsusi olaraq hazırlaşırlar. Fransanın Renault qrupunun da sərgi üçün böyük planları var.
Fransız konserni Parisdə yenidən canlandırılmış Renault 4 modelini, Renault 5 konseptini, Kangoo E-Tech və Megane E-Tech elektromobillərini, Austral E-Tech hibridini, həmçinin sirli Alpine şou-karını nümayiş etdirməyə hazırlaşır. Əlbəttə ki, fransız qrupuna daxil olan Dacia və Mobilize markaları, habelə Hyvia hidrogen subbrendi də özlərinin yeni məhsullarını göstərməlidirlər. Beləliklə, bizi Parisdə ən azı altı dünya premyerası gözləyir.

Renault Mobilize
Beləliklə, ilk dünya premyerası fransız brendinin ikonasına çevrilmiş Renault 4 modelinə istinad edən eyni adlı elektrik avtomobili olacaqdır. Xatırladaq ki, klassik Renault 4 modeli 28 ölkədə istehsal edilib və 30 ili keçən istehsal müddətində səkkiz milyondan çox tirajla satılıb. Keçən il orijinal Renault 4 modelinin 60 yaşı tamam olub, indi isə, onun elektrik güc qurğusu ilə hərəkətə gələn ideoloji varisi debüt etməyə hazırlaşır.
İkinci yenilik, Renault 5 EV konseptidir. O, təkcə fransız markasının başqa bir ikonasına göstərilən hörmətin əlaməti deyil, konsept həm də yeni seriya elektromobilinin carçısıdır. Renault markasının stendində onu Austral E-Tech, Kangoo E-Tech və Megane E-Tech hibridləri müşayiət edəcəklər.

Hyvia Master Van H2-TECH
Paris avtosalonunda nümayiş olunacaq daha bir konsept Alpine brendi altında debüt edəcək sirli şou-kardır. Şayiələrə görə, söhbət GT X-Over krossoverinin müjdəçisindən gedir. Bu konseptin platformanı (CMF-EV) Nissan Ariya ilə bölüşəcəyi və güclü elektrik mühərrikini alacağı məlumdur.
Dacia şirkəti isə, Parisdə hələlik detalları açıqlanmayan şou avtomobili ilə "vizual kimlik transformasiyasını" tamamlamalıdır. Mobillik xidmətləri üzrə ixtisaslaşmış Mobilize brendi fərqli dizayna malik olan Duo modelini, Hyvia hidrogen markası isə, Master Van H2-TECH furqonunu təqdim edəcəkdir.
autograph.az
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO











