“Renault” və “Nissan” Hindistanda istehsala $600 MLN. SƏRMAYƏ QOYURLAR

“Renault Group” və “Nissan Motor” ilk birgə layihəni elan ediblər. Konsernlər Hindistanda yeni modellərin istehsalına ümumilikdə 600 milyon dollara yaxın vəsait ayırmaq niyyətindədirlər.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, şirkətlərin hər biri üç ədəd olmaqla altı yeni model hazırlamaq və istehsal etmək üçün Çennaydakı bazalarından istifadə edəcəklər. Onlardan ikisi elektrik mühərrik ilə təchiz olunacaq. Eyni zamanda, iki konsernin tədqiqat mərkəzi yeni avtomobillərin hazırlanmasına dəstək olmaq üçün əlavə 2000 işçi işə götürəcək.
Yeni modellər təkcə Hindistan bazarı üçün deyil, həm də kütləvi ixrac üçün nəzərdə tutulacaq. “Alyansın ilk ortaq bazası Hindistandadır və məhz bu ölkə alyansın tarixində yeni bir səhifənin mərkəzində olacaq”, – “Nissan”ın bazarlar üzrə rəhbəri AMIEO (Afrika, Yaxın Şərq, Hindistan, Avropa və Okeaniya) Hiyom Kartye bildirib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












