“Retromobile 2023” sərgisi açılışa hazırdır - FOTO
Parisdə təşkil olunan ənənəvi “Retromobile 2023” klassik avtomobil sərgisi açılış üçün hazırdır.
Avtosfer.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, bu il 47-cisi təşkil edilən sərgidə 300-dən çox klassik avtomobilin təqdim olunması nəzərdə tutulur. Sərgidə polis avtomobilləri də nümayiş etdiriləcək.
Builki sərgi məşhur Le Mans (24 Heures du Mans) yarışmasının yüzilliyinə təsadüf etdiyi üçün bu mövzuda ayrıca stend olacaq. Sərgi həm də klassik avtomobil almaq və satmaq üçün fürsət hesab edilir. Bu sərgidə dəfələrlə rekord qiymətə avtomobil satılıb.
Paris Expo mərkəzində 1-5 fevral tarixlərində keçiriləcək sərgiyə giriş qiyməti 21 avrodur (jurnalistlərə pulsuz).
QEYD: Avtosfer.az-ın Fransada yaşayan oxucuları və ya bu günlərdə Parisə yolu dşən azərbaycanlılar üçün praktik məsləhət: Paris Expo metronun 12-ci xəttinin “Porte de Versailles” stansiyasının çıxışında yerləşir. Tramvayla isə T2 və T3a xətləri ilə gələnlər də metro stansiyası ilə eyni adlı dayanacaqda düşməlidir.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO




















