Rusiya BMW-ni əvəzləyən avtomobil istehsal edəcək

Kalininqrad “Avtotor” zavodu Almaniyanın BMW avtomobillərini müəssisənin konveyerində əvəz edə biləcək potensial tərəfdaşlarla danışıqlar aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avtotor Holdinq”in direktorlar şurasının sədri Valeri Qorbunov bildirib.
“Bizim əsas vəzifəmiz kimisə əvəzləmək deyil. Biznes tapşırığı var ki, bütün siniflərdə işləyək və qazanc əldə edək. Biz BMW-nin verdiyi istehlak keyfiyyətlərini verməliyik”, - deyə Qorbunov açıqlayıb.
Onun sözlərinə görə, alman şirkəti üçün tikilən yeni zavod işə başlamazdan əvvəl BMW avtomobillərinin istehsal olunduğu “Avtotor”un istehsal sahəsi hazırda pulsuzdur. Qorbunov qeyd edib ki, ildə 50 min avtomobil istehsal edəcək brend onun yüklənməsinə namizəd ola bilər.
Dünən məlum olub ki, “Avtotor” iki yeni Çin markasının avtomobillərinin istehsalına başlamağı planlaşdırır.
lent,az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












