Səhrada qəzaya düşən mühəndis avtomobili motosiklə çevirdi - FOTO

1993-cü ildə Mərakeşdə səhrada qəzaya düşmüş fransız mühəndis Emil Lere vəziyyətdən çıxış üçün unikal yol tapır.
Avtosfer.az-ın xəbərinə görə, mühəndis qızmar günəşdən qorunmaq üçün Citroen 2CV modelini sökərək özünə kölgəlik düzəldir. Lakin məsələ həll olunmur. Nə yollasa səhranı keçmək lazım idi. Avtomobilin qabaq asqısı qayaya toxunaraq qopur və hərəkəti davam etdirmək mümkün olmur. Bu halda mühəndisin ağlına maraqlı ideya gəlir.
O, avtomobilin salamat qalan detallarından 2-3 saat hərəkət edə biləcək motosiklet düzəldir. Həm də əlinin altında olan açarlarla. Qızmar günəş vaxtı avtomobilin karkası altında gecələyən mühəndis qürub vaxtı işləyərək texnikanı ərsəyə gətirir.
Səhrada yola düzələn Lere bir gün yolqət edərək Tan-Tan şəhərinə gəlib çatır. Burada isə avtomobili standarta uyğun olmadığından polis onu 450 dollar cərimə edir. Lakin Lere bundan təəssüflənmir. Ən əsası o, insan yaşayan yerə gəlib çatmışdı. Gəmi ilə vətənə qayıdan mühəndis 2006-cı ildə cavan ikən getdiyi yolu təkrarlayır. Bu dəfə isə səyahət problemsiz ötüşür.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













