Sığorta şirkətlərinin detal problemi: işlənmiş hissələrdən istifadə etmək istəyirlər

Qərbin sanksiyalarının Rusiyanın avtomobil sənayesinə yaratdığı problemlər hamıya məlumdur. Problemdən sığorta şirkətləri də əziyyət çəkirlər. Problemin həlli ilə bağlı təkliflər isə kifayət qədər maraqlıdır.
Avtosfer.az xəbər verir ki, qəza zamanı sığortaçı avtomobili 30 iş gününə təmir edərək sahibinə qaytarmalıdır. İndi bu müddətin 60 günə qaldırılması təklif edilir. Səbəb sanksiyalara görə detal qıtlığının xroniki hal almasıdır.
İkinci təklif işlənmiş detallarla bağlıdır. Sığortaçılar detal çatışmazlığına görə işlənmiş detallardan təmirdə istifadə edilməsi üçün hökumətdən razılıq almaq istəyirlər. Hazırda belə bir sistem qeyri-rəsmi formada, xüsusən də çətin tapılan detallarla bağlı mövcuddur. Məsələni avtomobil sahibi və sığorta agenti öz aralarında həll edir. Qanun qəbul edilsə sığorta şirkəti avtomobil sahibinin rəyini soruşmadan köhnə detaldan istifadə edə biləcək.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












