Şirkət rəhbəri: İstilik mühərrikləri hələ 70 il istifadə ediləcək
Ötən martda Avropa Komissiyası qitədə 2035-ci ildən daxili yanma mühərrikli (DYM) avtomobillərin satışını qadağan etdi. İstehsalçılar da deyilən müddətə uyğunlaşmağa çalışır. Bəs hamı bu cür düşünürmü?
Avtosfer.az-ın xəbərinə görə, renault şirkətinin rəhbəri Jan-Dominik Senard elektromobilə keçidi labüd hesab edir. Onun fikrincə, tarixin axını dəyişdiriləı bilməz. Lakin yaxın onilliklərdə DYM-dən tam imtina mümkün olmayacaq. Bu qurğular indən sonra azı 70 il bəşəriyyətə xidmət edəcək. Onlardan birdəfəlik imtina edilərsə bazar boş qalacaq, tələbatı ödəmək mümkün olmayacaq.
Sənayeşçnin fikrincə, onların istehsalı ekologiyaya minimal az zərər vuracaq şəkildə təşkil edilməlidir. Bunun ən yaxşı yolu alternativ yanacaq növlərinin, xüsusən də hidrogenin istehsalının ucuz variantını tapmaqdır. Senard bunun da mümkünlüyünə şübhə etmir.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












