Suni intelektlə idarə edilən ən sürətli AVTOMOBİL; 285 km/saat sürətlə ... - VİDEO

“Politecnico di Milano”dan olan AIDA (Süni İntellektlə Avtonom Sürücülük) komandası avtonom idarəetmə texnologiyasının sərhədlərini genişləndirməyə davam edir.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, komanda 2023 və 2024-cü illərdə Mille Miglia yarışında iştirak etdikdən sonra indi yeni rekorda imza atıb.
Belə ki, tam avtonom olan “Maserati MC20 Piacenza San Damiano” trekdə 285 km/saat sürətə çatıb. Rekord orijinal mexanika və “Bridgestone Potenza Sport” şinləri ilə təchiz edilmiş “Maserati MC20” avtomobili ilə əldə edilib. Bu, onu sükanda insan olmadan tamamilə süni intellektlə idarə olunan ən sürətli avtomobili edib.
Layihənin rəhbəri Sergio Matteo Savaresenin sözlərinə görə, bu cür sınaqların məqsədi sərt şəraitdə robot sürücüsünün sərhədlərini yoxlamaqdır:
"Bu testlər süni intellektin etibarlılığını, dayanıqlığını və həssaslığını təhlükəsiz qiymətləndirməyə imkan verir ki, bu da şəhər hərəkətliliyinə xas olan aşağı sürətlərdə təhlükəsizliyi yaxşılaşdırır".
Namiq Musayev
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum












