Tesla-nın gəliri ikinci rübdə 42% artıb

Tesla 2022-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 42% artaraq 16,9 milyard dollar təşkil edib. Tesla ötən ilin ikinci rübündə 11,9 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin gəlirləri ikinci rübdə ilin birinci rübü ilə müqayisədə 10 faiz azalıb. Tesla birinci rübdə 18,8 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti bu ilin ikinci rübündə 2,6 milyard dollar təşkil edib. Bu dövrdə Teslanın mənfəətinin artım tempinin yavaşladığı müşahidə edilib. Şirkətin mənfəəti bu ilin birinci rübündə rekord həddə - 3,7 milyard dollar təşkil etmişdi.
Tesla aprel-iyun dövründə dünya üzrə 254 min 695 avtomobil tədarük edib.
Şirkət yaydığı açıqlamada, Şanxayda məhdud istehsal və dayanmalar da daxil olmaqla, ikinci rübün çox hissəsində müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq irəliləyişin davam etdiyi qeyd edilib.
Marja
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












