“Tesla” şirkəti bitkoinə görə 34 milyon dollar ziyana düşüb

İlon Maskın elektriklə işləyən avtomobil şirkəti “Tesla” balans hesabatını açıqlayıb. Hesabata görə, keçən il “Tesla” bitkoinə qoyduğu investisiyalardan 34 milyon dollar zərər görüb, gəliri isə yenə də gözləntilərdən yüksək olub.
Keçən ilin sonunda kriptovalyuta bazarında xaos yarandıqdan sonra İlon Maskın avtomobil şirkəti dördüncü rübdə bitkoin alıb-satmamaq mövqeyini sabit saxlamışdı. Lakin “Tesla”nın açıqladığı son rəqəmlər göstərir ki, şirkətin rəqəmsal aktivlərinin dəyəri əvvəlki rübün sonundakı 218 milyon dollardan 184 milyon dollara düşüb, 34 milyon dollar itki olub.
Oktyabr ayında sosial media şirkəti “Twitter”i 44 milyard dollara satın alan İlon Musk bir vaxtlar “Tesla”nın 1,5 milyard dollar pulunu bitkoinə yatırmaqla kriptovalyuta aktivlərinin səs-küylü müdafiəçisi kimi çıxış etmişdi.
Bitkoindən zərər gördüyünə baxmayaraq, şirkət keçən il balansını təxminən 1 milyard dollar artıraraq bitkoinlərinin dörddə üçünü satdığını elan edib.
vergiler.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












