"Tesla" şirkəti "Cybertruck" pikapının bahalaşacağını elan edib

Tesla Cybertruck elektrik pikapının əmtəə versiyasının xüsusiyyətləri və qiyməti 2019-cu ildə elan edilənlərdən fərqli olacaqdır. Bu barədə Tesla şirkətinin baş direktoru İlon Mask səhmdarların Cyber Roundup iclasının gedişatı zamanı bildirib. Modelin təqdimatından təxminən iki il yarım keçib və bu müddət ərzində dünya çox dəyişib: avtomobil sənayesinə koronavirus pandemiyası, çip çatışmazlığı, xammalın qiymətinin artması və qlobal inflyasiyanın sürətlənməsi güclü təsir göstərib. Top menecer bütün bunları “əvvəlcədən görməyin mümkün olmadığını” da qeyd edib.
Cybetruck modelinin qiymətləri 2019-cu ilin sonunda - bazarı dəyişdirəcək qlobal hadisələr zəncirinin başlaması ərəfəsində açıqlanıb. O zaman, elektrik pikapı üçün cəmi 99 dollar beh vermək kifayət idi. Arxa oxda yeganə mühərriki olan baza versiyasının qiyməti 39,9 min dollar (67,8 min manat), ikimühərrikli versiyanın - 49,9 min (84,8 min manat) dollar və arxa oxda iki mühərriki olan üçmühərrikli versiyanın qiyməti isə, 69 ,9 min dollar (118,8 min manat) olmalı idi.
Çoxsaylı təxirəsalmalardan sonra Cybertruck bazara daxil olarsa, onun qiyməti də dəyişəcəkdir - əlbəttə ki, azalmadan söhbət belə gedə bilməz. Bununla belə, məhsulu yaxından izləyənlər üçün bu, sürpriz olmayıb: Tesla ötən ilin payızında pikapın qiymət siyahısını saytdan çıxarıb. Yeni qiymətin necə olacağını ancaq təxmin etmək olar.
Eyni şey xüsusiyyətlərdəki dəyişikliklərə də aiddir. 2019-cu ildə Tesla, modifikasiyadan asılı olaraq, pikapın 100 km/saat həddinə 6,5-2,9 saniyəyə sürətlənəcəyini və top versiya üçün 800 kilometrdən çox yürüş məsafəsi vəd etmişdi.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












