The Grand Tour şousu bağlana bilər

Top Gear proqramının keçmiş aparıcısı Ceremi Klarkson çətin xarakterinə görə ikinci şoudan uzaqlaşdırıla ayıra bilər. Mediada yayılan məlumatlara görə, Amazon Prime Video axın xidməti məşhur aparıcı ilə müqaviləni ləğv etməyə və hətta Ceremi Klarksonun Ceyms Mey və Riçard Hammond ilə birlikdə apardığı The Grand Tour avtomobil şousunu bağlamağa hazırlaşır. Səbəb isə, Klarksonun Meqan Markl haqqında söylədiyi mənfi açıqlamaları olub və o, buna görə ictimaiyyət qarşısında üzr istəmək məcburiyyətində qalıb.
“Variety” nəşrinin yazdığına görə, Amazon axın xidməti şounun növbəti epizodları təsdiqləndikdən sonra Ceremi Klarksonla müqaviləni ləğv etmək qərarına gəlib. Yəni, “Klarksonun Ferması” 2024-cü ildə, üçüncü mövsüm ilə başa çatacaq, “Qrand Tur” isə həmin ilin sonuna qədər yayımlanacaq dörd xüsusi seriyadan sonra bağlanacaqdır.
“Klarksonun Fermasının” ikinci mövsümünü tanıtmaq üçün bazar ertəsinə planlaşdırılan mətbuat konfransı da ləğv edilib. Amazon Prime Video məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qalmaqala səbəb, Klarksonun “The Sun” tabloidinin dekabr sütununda Britaniya şahzadəsi Harrinin həyat yoldaşı və Susseks hersoginyası Meqan Markl haqqında söylədiyi mənfi fikirlər olub. O, Marklın ““Taxt Oyunları” serialındakı Serseya kimi ölkənin şəhərlərinin küçələrində çılpaq gəzdirilərək, onun arxasınca “ar olsun!” qışqırılacağı günü” görməyi arzuladığını bildirib.
Daha sonra The Sun qalmaqallı sütunu silib, müəllif isə həm Meqan, həm Harridən, həm də ictimaiyyətdən üzr istəməli olub. Ancaq görünən odur ki, bunlar kifayət etməyib.
İlk mövsümünün təqdimatı 2016-cı ildə baş tutan Grand Tour şousu Amazon Prime striminqindəki ən populyar şoulardan biridir və ona görə də Klarkson ilə əlaqələri kəsmək qərarının xidmətə o qədər də asan başa gəlmədiyini söyləmək olar. Şou bağlandıqdan sonra məşhur üçlünün nə ilə məşğul olacaqları hələlik məlum deyil. Klarkson ilk dəfə deyil ki, münaqişə zəminində şoudan uzaqlaşdırılır: yeddi il bundan əvvəl prodüser köməkçisi ilə dalaşması onun BBC kanalından qovulmasına və Top Gear şousundan uzaqlaşdırılmasına səbəb olmuşdu.
autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










