"Toyota bZ4X" elektrokarlarının sahiblərinə avtomobillərini geri qaytarmaq təklif edilir

Toyota şirkəti bZ4X elektrok krossoverlərinin sahiblərini onları istehsalçıya geri satmağı təklif edir. Söhbət, elektrokarın satışa çıxdıqdan sonra aşkar olunmuş təhlükəli defektdən gedir: kəskin dönmələr və əyləcləmələr zamanı avtomobilin təkərləri yerindən çıxa bilər. Nəticədə, minlərlə yeni buraxılmış elektrokar təmirə yollanıb, qalan elektromobillərin sahiblərinə isə, hələlik elektrik krossoverinin sükanı arxasına əyləşmək tövsiyyə olunmur. Toyota bu günə qədər problemin həllini tapa bilməyib.
Toyota şirkətinin qeyri-adi aksiyası haqqında məlumat Reddit şəbəkəsində peyda olub. İstifadəçilərdən biri şirkətin bZ4X sahiblərinə iki variantı təklif etdiyi məktub yerləşdirib.
Birincisi, onlar krossoveri özləri üçün saxlayırlar, əvəzedici avtomobil, onun üçün pulsuz yanacaq, həmçinin alınmış bZ4X üçün beş min dollar kompensasiya (və ya eyni məbləğdə kredit ödənişi) və pulsuz elektrik yükləmə müddətini 2024-cü ilin sonuna qədər uzadırlar. İkinci seçim isə, krossoveri istehsalçıya qaytarmaqdır
Toyota nümayəndəsi poçt göndərişinin həqiqiliyini təsdiqləyib, lakin qeyd edib ki, “qaytarma şərtləri müştərinin yerindən və digər hallardan asılı olaraq dəyişə bilər”. Böyük marja ilə elektrik avtomobili alanlara isə, dəstək xidməti ilə əlaqə saxlamaları tövsiyə olunur.
Toyota bZ4X modeli bu ilin yazında debüt edib. Satışa çıxdıqdan iki ay sonra isə, yapon istehsalçısı elektrik krossoverini geri çağırıldığını elan edib. Təmirə 2 700 elektrokar göndərilib: Avropada - 2 200, ABŞ-da - 260, Yaponiyada - 110, Kanadada isə, 10 elektrokar.
Aksiya həmçinin Toyota bZ4X krossoverinin əkizi olan Subaru Solterra krossoverinə də təsir edib. Eyni hal Subaru krossoverində də baş verə bilər. Problemin aşkar olunmasından iki ay keçməsinə baxmayaraq, Toyota şirkətinin məktubu problemin həllinin hələ də tapılmadığını göstərir
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












