"Toyota Corolla" pikapa çevrilə bilər

“Automotive News” nəşrinin yapon şirkətinə yaxın olan etibarlı mənbəyə istinadən verdiyi xəbərdə, belə bir model reallığa çevrilə biləcəyini deyilir. Hələlik layihə rüşeyim halındadır və ona yaşıl işıq yandırılsa belə, Corolla əsaslı pikap 2027-ci ildən əvvəl debüt etməyəcək. O, Hilux pikapından bir pillə aşağıda yerləşəcək, Ford Maverick və Hyundai Santa Cruz ilə rəqabət apara biləcək.
Söhbət məşhur “Ute” sinifindən gedir - businifə Avstraliyada minik avtomobillərinin əsasında yaradılan pikaplar daxildir. Ford Maverick və Hyundai Santa Cruz kimi, Corolla ailəsinin pikapı da aparıcı kuzova və çox güman ki, Corolla Cross ilə eyni mühərriklərə sahib olacaq. Toyota pikapı ilə bağlı xəbərlər mediaya çıxan kimi, müstəqil rəssam Kleber Silva Behance saytında belə bir pikapın necə görünə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
O, Toyota Corolla Cross krossoverinin şəkillərini götürüb, avtomobilin arxa hissəsini dəyişdirib və kuzovun arxa çıxışını artırıb - yük platforması və damdakı reylinqlərə keçən qara tutqun rəngli qövslər peyda olub. Qalan cəhətdən bu, qara plastikdən “dairəvi” müdafiə qurşağı olan kuzov dəsti ilə təchiz edilmiş Corolla Cross modelidir.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












