Toyota elektrik avtomobillərin akkumulyatorlarına 5,6 milyard dollar SƏRMAYƏ QOYUR

Yaponiyanın Toyota Motor avtomobil konserni elektromobillər üçün avtonom akkumulyatorların istehsalına 730 milyard yen (təxminən 5,6 milyard dollar) investisiya yatırmaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə çərşənbə günü şirkət məlumat yayıb.
Avtomobil konserninin dərc olunmuş məlumatında qeyd olunur ki, belə akkumulyatorların istehsalına 2024-2026-cı illərdə başlanması planlaşdırılır. Toyota mövcud olanları modernləşdirməyi, həmçinin Yaponiya və ABŞ-da yeni və daha səmərəli istehsal xətləri qurmağı gözləyir.
Xüsusilə, vəsaitin təxminən üçdə ikisi şirkətin Yaponiyanın Hyoqo prefekturasındakı müəssisələr kompleksinin modernləşdirilməsinə, qalan vəsait isə ABŞ-ın Şimali Karolina ştatında yerləşən istehsal müəssisələrinə yatırılacaq. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












