Reklam

"Toyota Land Cruiser 70" ömrünün ikinci baharına addım atıb

Avtodünya 4 Avqust 2023 21:37 Oxunub 1342
"Toyota Land Cruiser 70" ömrünün ikinci baharına addım atıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyota şirkətinin qədim Land Cruiser 70 modelinin istehsalını dayandıracağına dair uzun müddət dolaşan şayiələri tamamilə unutmaq olar. 1984-cü ildən Yaponiyada istehsal olunan ofrouder nəinki konveyerdə qalıb və hətta növbəti gəncliyinə addım atıb! Yaponlar yeni Prado ilə eyni vaxtda təkmilləşdirilmiş Toyota Land Cruiser 70 ofrouderini təqdim ediblər.

Görünüşə gəlincə, bu J70 modelinin ikinci restaylinqidir. Birinci yenilənmə 2007-ci ildə keçirilib və o zaman klassik ofrouderi flaqman Land Cruiser 200 modelinə bənzətməyə çalışmışdılar. İndi isə, ənənəvi görünüş geri qayıdıb - dəyirmi fənərlər (indi onlar LED-dir), yana çıxan dönmə siqnalları və emblemi əvəzləmiş böyük “TOYOTA” yazısı peyda olub.

Ön hissənin dayağı tamamilə yenidən işlənib, burun, demək olar ki, yetmişinci illərin əvvəllərində olduğu kimi, ön qanadları vurğulamaq üçün yenidən nazikləşdirilib. Arxa fənərlər tam şəkildə bamperə köçürülüb və onların kuzovdakı yerlərinə tıxaclar quraşdırılıb.

“Qozbel” kapot təsadüfən peyda olmayıb, çünki onun altında ikinci ən vacib yenilik var: Land Cruiser 70 ofrouderi Land Cruiser Prado və Hilux modellərindən tanış olan 2,8-litrlik dördsilindrli 1GD-FTV turbodizelini alıb. Mühərrik 204 at qüvvəsi və 500 Nm hasil edir.

Sonradan 48 voltluq startyor-generatoru olan “mülayim” hibrid versiya da buraxılmalıdır. Qeyd etmək gərəkdir ki,  dizel altı pilləli “avtomat” ilə tandemdə çalışır: Land Cruiser 70 demək olar ki, iyirmi illik fasilədən sonra yenidən avtomatik transmissiyanı alıb! Köhnə dörd pilləli hidromexanika isə, hələ 2004-cü ildə avadanlıq siyahısından çıxarılıb.

Eyni zamanda, beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan köhnə 4,5-litrlik V8 turbodizeli (205 at qüvvəsi, 430 Nm) də mühərrik çeşidindəki yerini qoruyub. Güc aqreqatından asılı olmayaraq, Land Cruiser 70 sərt şəkildə birləşdirilən (mexaniki dəstəklə idarə olunur) ənənəvi Part-Time transmissiyasına və iki bütöv körpüüyə malikdir: mühəndislər burada heç nəyə toxunmayıblar.

Amma interyer tam olmasa da yenilənib. Cihazlar panelinin başqa versiyası peyda olub: ilk dəfə olaraq,əqrəbli altı cihaza diaqonalı 4,2 düym olan marşrut kompüterinin ekranı qoşulub. Yeni media sistemi (ödənişlə təklif olunur) 6,7-düymlük ekrana, Apple CarPlay və Android Auto interfeyslərinə malikdir. Mərkəzi konsolda əlavə açarlar və USB konnektorları olan blok, habelə ilk dəfə olaraq çoxfünksiyalı sükan quraşdırılıb.

2016-cı ildə Land Cruiser 70 modelini müasir təhlükəsizlik standartlarına uyğunlaşmaq üçün geniş şəkildə modernləşdirmişdilər: o zaman gücləndirilmiş kuzov, əlavə təhlükəsizlik yastıqları və ESP peyda oldmuşu.

İndi isə, təhlükəsizlik sistemlərinin siyahısı yenidən genişləndirilib - ön kameranın köməyi ilə Land Cruiser 70 yol nişanlarını izləyə (lakin sükanın hidrogücləndiricisi qorunub saxlanıldığı üçün sükanı göndərə bilmir), sürət məhdudiyyəti nişanlarını tanıya və uzaq işıqları avtomatik şəkildə qoşa bilər.

Land Cruiser 70 dörd versiyada təklif olunmağa davam edəcək. Bu, adi beşqapılı universal (uzunluğu - 4890 millimetr), üçqapılı Troop Carrier (yan tərəfdə skamyaları olan), eləcə də tək və ya iki cərgəli kabini olan yük avtomobilləridir. Modernləşmə bütün versiyalara şamil edilib.

Toyota Land Cruiser 70 modeli əvvəlki kimi Yaponiyada istehsal ediləcək və uzun fasilədən sonra daxili bazara qayıdacaq. Düzdür, yaponlar dizel mühərriki və avtomatik transmissiyası olan beşqapılı versiyanı ala biləcəklər: satışlara qışda start verilməlidir.

Avstraliya model üçün əsas bazar olaraq qalır: orada ofrouderin tam çeşidi əlçatandır və yenilənmiş avtomobillərin çatdırılması bu ilin dördüncü rübünə planlaşdırılıb.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh