"Toyota" zavodunun konveyeri koronavirus infeksiyasına görə dayandırılıb

Toyota şirkəti zavodların düzgün işləməsinə mane olan problemlərlə üzləşməkdə davam edir. Bir neçə aydır ki, avtomobil istehsalı üzrə planlarını yerinə yetirməyən şirkət Yaponiya zavodlarından birinin konveyerini dayandırmalı olub: avqustun 9-dan çərşənbə axşamına, bazar ertəsindən çərşənbə axşamına keçən gecə və çərşənbə axşamından 10 avqust çərşənbə gününə qədər Tsutsumi zavodunun istehsal xətlərindən biri fəaliyyətsiz qalıb. Reuters agentliyinin məlumatına görə, buna səbəb işçilər arasında Covid-19 infeksiyasının yayılması olub.
Ayti prefekturasının Tsutsumi şəhərindəki istehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib. Nəticədə şirkət konveyeri dayandırmalı olub ki, bu da təxminən 660 avtomobilin istehsal edilməməsinə səbəb olacaqdır.
Tsutsumidəki konveyer xəttinin planlaşdırılmamış dayandırılması Toyota şirkətinin istehsal edilən avtomobillərin sayını artırmaq səyləri fonunda baş verib. 2022-ci ilin ikinci rübündə planlaşdırıldığından təxminən 10 faiz daha az avtomobil yığan şirkət, hələ də 2023-cü ilin aprel ayına qədər 9,7 milyon avtomobil hədəfinə çatmağa ümid edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












