Türkiyədə elektrik mühərrikli avtomobillərdən istifadə çoxalıb

Türkiyədə elektrik mühərrikli minik avtomobillərindən istifadə artıb.
2021-ci ildə elektriklə işləyən avtomobillərin sayı 6 min 267 idisə, ötən il bu rəqəm 14 min 552-yə çatıb. Keçən il elektriklə işləyən avtomobillərin sayı əvvəlki ilə nisbətdə 132,2 faiz artıb. Beş il əvvəl isə ölkədə elektriklə işləyən avtomobillərin sayı 952 olub.
Türkiyənin elektrik mühərrikli “Togg” avtomobil markasının istehsala başlaması ilə bu rəqəmlərin daha da artacağı gözlənilir.
Ölkədə elektrik mühərrikli avtomobillərlə yanaşı, hibrid avtomobillərin də artması diqqət çəkir. Onların sayında 55,3 faiz artım müşahidə edilib.
Beş il əvvəl hibrid avtomobillərin sayı 4415 ədəd olduğu halda, ötən ilin sonunda bu rəqəm 134 min 662-yə yüksəlib. 2021-ci ildə isə hibrid avtomobillərin sayı 86 min 682-yə çatıb. (Nuhçıxan)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












