"TVR" markası premium elektromobil istehsalçısına çevrilməyi hədəfləyir

TVR şirkəti artıq beş ildir ki, benzin mühərrikli TVR Griffith sportkarını buraxmağa cəhd edir, buna baxmayaraq, ingilislər yeni elektromobillər hesabına öz model xəttini genişləndirməyi planlaşdırırlar. Birinci elektrokar TVR Griffith modelinin elektrik versiyası olmalıdır, sonra isə həm sedan, həm də krossover işıq üzü görməlidir. Məlum məsələdir ki, hər iki model elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Üstəlik, TVR dünya səviyyəli premium elektromobil istehsalçısına çevrilməyi hədəfləyir
Britaniya şirkətinin rəhbəri Les Edqar “Autocar” nəşrinə verdiyi müsahibəsində TVR markasının inkişafı planlarından danışıb və 2024-cü ildən yeni modellərin satışa çıxarılmasını nəzərdə tutan uzunmüddətli inkişaf strategiyasını təqdim edib.
İlkin olaraq, bazara Ford şirkətindən alınmış, lakin Cosworth mütəxəssisləri tərəfindən yenidən işlənmiş V8 mühərriki olan TVR Griffith kupesi çıxmalıdır. Sportkarın xüsusiyyətləri hələ də açıqlanmamış tam elektrik versiyasının buraxılışı 2024-cü ilə planlaşdırılır.
TVR üçün növbəti addım “tanınmış qlobal istehsalçıdan” alınması planlaşdırılan platformada inşa edilən elektrik sedanın və elektrik krossoverinin buraxılması olacaqdır. Bununla belə, bu modellər barədə heç bir texniki təfərrüat və hətta onların təxmini debüt tarixi belə açıqlanmayıb
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












