Ultra-lüks "Toyota Century SUV" modelinin ilk tizeri dərc edilib

Toyota şirkəti ilk dəfə olaraq ultra-lüks Century ofrouderinin şəklini dərc edib. Bu hadisə Alphard və Vellfire minivenlərinin yeni nəsillərinin təqdimatı zamanı baç verib: ekranda gələcək modelin rəsmi tizeri nümayiş etdirilib - onun konturlarını tündləşdirilmiş fonda görmək mümkündür.
Dəbdəbəli ofrouder sürücü ilə səyahətlər üçün nəzərdə tutulmuş nümayəndəlik avtomobil kimi mövqeləndirilir, yəni əsas diqqət zəngin avadanlığa və arxa sərnişinlərin rahatlığına yönəldiləcəkdir. Jurnalistlər yeniliyi Rolls-Royce Cullinan modelinə rəqib kimi göstərirlər.
Keçən əsrin 60-cı illərinin sonlarından etibarən Toyota şirkəti Century adı altında nümayəndəlik sedanını istehsal edir. Hazırda sedanın üçüncü nəsli buraxılır. Century modelinin cari nəsli 2017-ci ildə debüt edib. Sedan və ofrouderin paralel olaraq istehsal edilib-edilməyəcəyi və ya ofrouderin sedanı əvəz edib-etməyəcəyi hələlik dəqiq məlum deyil.
İstənilən halda Century SUV üzərində çalışmalar intensiv şəkildə davam etdirilir - Toyota artıq prototiplərin yol sınaqlarına başlayıb və bu yaxınlarda verilən açıqlamaya görə, tezliklə tizer kampaniyasına start verəcəkdir.
Toyota şirkətinin baş dizayneri Saymon Hamfris də Centry ailəsinin qarşıdan gələn yeniləməsini şərh edib. "Century artıq cəsarətli dəyişikliklərə doğru irəliləyir", - Hamfris bildirib.
Bununla belə, Century SUV haqqında hələlik heç bir təfərrüat yoxdur. Şayiələrə görə, model ölçü baxımdanb Land Cruiser 300 ofrouderini üstələyəcək və onun uzunluğu 5,2 metrə çatacaqdır. Arxa cərgədə Cullinan üslubunda artırılmış rahatlığa malik olan iki fərdi oturacaq quraşdırılacaqdır.
İnsayderlər ultra-lüks ofrouderin 3,5 litrlik “turboaltılığa” əsaslanan hibrid güc qurğusu ilə təchiz olunacağını iddia edirlər. Digər mənbələrə görə, yaponlar Tundra və Sequoia modellərindən tanış olan V6 i-Force Max hibrid sistemindən istifadə edə bilərlər. Əlbəttə ki, arxa ötürməli Century sedanından fərqli olaraq, SUV tam ötürmə sistemini alacaqdır.
İlkin məlumatlara görə, Toyota Century SUV modeli 2023-cü ilin ortalarında Yaponiyada debüt edəcək və yerli bazarda təqribən 10-15 milyon yenə (120-180 min manat) satılacaqdır. Müqayisə üçün qeyd edək ki, bu, Yaponiyada qiyməti 5,1 milyon yen (60 min manat) olan Toyota Land Cruiser 300 modelinin qiymətindən iki-üç dəfə bahadır.
autograph.az
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır










