Unikal "Bentley Bentayga EWB" krossoveri hərracda satılıb

Neapolda ənənəvi Qış Şərab Festivalı keçirilib. Bu xeyriyyə tədbiri çərçivəsində hərrac da baş tutub. Əsas lot Mulliner atelyesi tərəfindən hazırlanmış unikal tərtibatı ilə seçilən uzadılmış Bentley Bentayga krossoveri olub. Krossoverin satışından əldə olunan gəlir aztəminatlı ailələrə dəstək fonduna yönəldiləcək, avtomobili satın almış cütlük üçün isə, Böyük Britaniya və Şotlandiyaya səyahət təşkil ediləcəkdir. Səyahət proqramına Bentley şirkətinin Krudakı baş ofisi və Macallan içki zavodu ilə tanışlıq da nəzərdə tutulub.
Hərraca çıxarılan Bentayga Azure modelinin başlıca xüsusiyyətləri, üçqat Snow Quartz mirvari rənginə boyanmış kuzovu, onmilli 22-düymlük təkər diskləri, habelə ametist aksentləri olan Mulliner White və Beluga Black rənglərində dəri üzlüklərdir.
Şərab mövzusunda tikmə-naxışları olan yastıqlar interyer tərtibatını tamamlayırlar. Bu nüsxənin unikallığına Neapoldakı Qış Şərab Festivalının emblemi olan kandarlar və ağ barmaqlıqlarla örtülmüş dinamikləri olan Naim səs sistemi də işarə edir.
Avtomobilin təchizatına daxil olan Airline Seat oturacaqları 12 elektrik mühərriki, pnevmatik klapanları olan üç elektron idarəetmə bloku, həmçinin dünyada ilk avtomatik klimat-kontrol sistemi ilə təchiz ediliblər. Bədənin vəziyyətinin aktiv korreksiyasının alqoritmi peşəkar manual terapevtlərlə birlikdə hazırlanıb.
Bu kreslolar 22 istiqamətdə tənzimləməyə, temperatur və rütubətə nəzarət edən sensorlar dəstinə malikdirlər - məlumatlar hər 25 millisaniyədən bir yenilənir, dəqiqlik isə 0,1 dərəcə Selsi təşkil edir. Bentley bu oturacaqları "seriya avtomobillərində quraşdırılmış ən mükəmməl oturacaqlar" adlandırır.
Qış Şərab Festivalı 2001-ci ildən Neapolda keçirilir və o vaxtdan bəri təşkilatçılar xeyriyyə işlərinə təxminən 244 milyon dollar bağışlayıblar. 2023-cü ildə hərracın ümumi gəliri 1 milyon dollar, ümumi ödənişlər isə 25 milyon təşkil edib. Bu vəsait Florida ştatının Kollier dairəsindəki aztəminatlı uşaqlara yönəldiləcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












