“Volkswagen” 200 km-i qət edən aeromobilini nümayiş etdirib

“Volkswagen Group” şaquli qalxma və eniş pilotlu V.MO təyyarəsinin ilk prototipini təqdim edib.
Avtosfer.az xəbər verir ki, təyyarənin üzərində Çində xüsusi olaraq yaradılmış “Urban Air Mobility” bölməsi çalışıb. İlkin olaraq, layihə zəngin müştərilər üçün yeni yüksək səviyyəli səyahət konsepsiyası yaratmağı hədəfləyəcək. O, gələcəkdə Çinin böyük şəhərlərində ictimai hava nəqliyyatının bir hissəsi ola bilər.
V.MO, dörd sərnişini baqajla daşıya bilən tamamilə elektriklə işləyən pilotlu təyyarədir. V.MO-nun havaya qaldıra biləcəyi maksimum çəki açıqlanmır, maksimum uçuş məsafəsi 200 kilometrdir.
Prototip 11,2 metrlik qanad və 10 pərvanə ilə təchiz olunub: səkkizi şaquli qalxma və eniş üçün, ikisi isə arxada yerləşən üfüqi hərəkət üçündür.
"Report"
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












