"Volkswagen" dönmə siqnallarını yandırmağın yeni üsulunu icad edib

Alman Patent və Əmtəə Nişanları İdarəsi solda və sağda yerləşən idarəetmə elementləri olan yeni sükan çarxının təsvirini dərc edib. Buraya dönmə siqnallarının, fənərlərin, kruiz kontrolun və digər funksiyaların idarəetmə elementlərini köçürmək təklif olunur. Volkswagen şirkətinin fikrincə, belə bir həll yolu istehsalın maya dəyərini azalda, eyni zamanda, təhlükəsizliyi artıra bilər. Bununla belə, sensorların təsadüfi toxunmadan qorunması məsələsi açıq olaraq qalır.
Əsas idarəetmə elementləri çənbərin sağ tərəfində yerləşir. Onlara basıldıqda, solda ikinci dərəcəli funksiyalar işıqlanacaq və sürücü özünə lazım olanı seçə biləcəkdir: məsələn, sağdakı fənər işarəsinə basdıqda, solda peyda olan düymələr uzaq işıqları, parlaqlığı və duman işıqlarını idarə etməyə imkan verəcəklər.
Düymələr həm sensorlu, həm də fiziki ola bilərlər. Onlar sükan çarxındakı vahid blokda yığıldıqları üçün, Volkswagen "artıq" fiziki idarəetmə elementlərinin istehsalına pul xərcləmək məcburiyyətində deyil.
İstənilən modelə asanlıqla uyğunlaşdırıla bilən sükanın kütləvi istehsalı Volkswagen şirkətinə işləyib hazırlama və istehsal xərclərinə çəliklən milyonlarla vəsaitə qənaət etməyə imkan verə bilər. Digər üstünlüklərə dizaynerlər üçün daha böyük sərbəstlik, eləcə də təhlükəsizlik daxildir: sürücü sağdakı düymələrə basmaq üçün əllərini sükandan ayırmaq məcburiyyətində deyil.
Buununla belə, sensorlu düymələr toxunuşa kortəbii reaksiya verir ki, bu da, əksinə, yolda təhlükəli vəziyyətə gətirib çıxara bilər. Volkswagen şirkətinin bu problemi necə həll edəcəyi hələlik bəlli deyil.
Maraqlıdır ki, bu yaxınlarda alman konserninin rəhbəri Tomas Şefer sensorları tənqid edib. O, avtomobil sükanında belə idarəetmə elementlərinin quraşdırılmasının səhv olduğunu etiraf edib və müştərilərin tənqidinı nəzərə alaraq, onlardan qurtulacağına söz verib.
autograph.az
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










