"Volkswagen" yenilənmiş "T-Cross" krossoverini təqdim edib

Altıncı nəsil Polo modelinin əsasında yaradılmış yığcam avtomobil 2019-cu ildə debüt edib və o vaxtdan bəri dünya üzrə 1,2 milyon nüsxəlik tirajla satılıb. İndi isə, T-Cross ilk restyalinqdən keçib. Yenilənmə genişmiqyaslı deyil: krossover yenilənmiş bamperləri, artıq "bazada" təklif edilən daha bahalı optikanı və multimedia sisteminin quraşdırılmış ekranın əvəzinə ayrıca displeyini əldə edib.
Şəkillərdəki R-Line təchizatında olan krossover iki metallik rəngi - Clear Blue və Kings Red ilə birlikdə modelin rəng palitrasına daxil edilmiş yeni Grape Yellow rənginə boyanıb. LED fənərlər artıq standart avadanlıqdır,
Style və R-Line təchizat səviyyələri üçün isə matrisa (Life baza versiyası üçün ödənişli opsiyadırlar ) fənərləri əlçatandır. Optika Volkswagen lokotipi tərəfindən kəsilən işıqlanan zolaq ilə birləşdirilib.
Eyni həll arxa tərəfdə tətbiq olunur, burada yeni X formalı naxışı olan fənərlər də nazik zolaqla bitləşdiriliblər. Təchizatdan asılı olmayaraq, krossover altlığın gümüşü qoruması ilə təchiz edilib. Disklərin ölçüləri 16 ilə 17 düym arasındadır.
T-Cross modelinin uzunluğu 27 millimetr (4135 millimetrə) artıb və yaxşılaşdırılmış bərkitmə sayəsində indi daha ağır velosipedləri daşıya bilər. Baqaj arxa cərgənin kürək hissəsinin vəziyyətindən asılı olaraq 455 - 1281 litr arasındadır.
Rəqəmsal cihazlar paneli standart olaraq bütün versiyalarda quraşdırılır, lakin onun diaqonalı səkkiz ilə 10 düym arasında dəyişir. Yeni aparat və proqram təminatını alan multimedia sisteminin ekranı səkkiz və ya 9,2 düym ola bilər. Kondisioner sistemi işıqlanan paneldən idarə olunur.
T-Cross iki mühərrik ilə təklif olunur - 95 və ya 115 at qüvvəli 1,0-litrlik "turboüçlük", EA211 evo ailəsindən olan 150 at qüvvəli 1,5 TSI. Mühərrikdən asılı olaraq, krossover mexaniki və ya iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilə bilər.
Yenilənmiş krossoverin satışlarlına 2024-cü ildə start veriləcəkdir. Hazırda restaylinqdən əvvəlki T-Cross modelinin Almaniyadakı satış qiyməti 22.450 avrodan başlayır.
autograph.az
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI
Rus “Toyota”sına maraq azdır
36 il əvvəlin “VAZ”ı – 6900 dollara satılır










