Türkiyədə "MG" ən çox elektrikli avtomobil satıb

İngilis avtomobil markası MG həm iyul, həm də ilk 7 aylıq satış rəqəmləri ilə Türkiyə elektrikli avtomobil bazarında birinci yeri tutub. İyul ayında 758, ilk 7 ayda isə 1697 ədəd elektrikli avtomobil satan MG Türkiyə, 7 aylıq dövrdə satılan hər 3 avtomobildən biri (%33,31) elektriklə işləyən avtomobillərdən ibarət olub.
Avtosfer.az xəbər verir ki, Doğan Trend Avtomobil Markaları baş direktorunun müavini Tibet Soysal, 2023-cü ilin ilk 7 ayında təchizat problemlərini aradan qaldırdıqlarını və keçən ilin cəmindən 3 dəfə çox avtomobil satdıqlarını deyib.
Soysal, “İlin 7 aylıq dövründə cəmi 5 min 94 ədəd satışa çatdıq. MG brendi olaraq biz elektrik avtomobillərində bir çox ilklərə imza atmışıq və bazarın pioneri olmağı bacarmışıq. İyul ayı ilə biz nailiyyətlərimizə elektrikli avtomobil bazarında liderliyi əlavə etməkdən qürur duyuruq. Türkiyə daxilində diler investisiyalarımız davam edir."
Profil.az
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR










