Yaponiyanın məşhur şirkəti Rusiya bazarını tərk edir

Yaponiyanın iri yük maşınları və avtobus istehsalçısı “Isuzu Motors” Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə cümə günü “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, şirkət öz filialının səhmlərini Rusiyanın avtomobil istehsalçısı “Sollers” şirkətinə verəcək. Ulyanovsk vilayətindəki montaj zavodu da 200 işçi heyəti ilə birlikdə Rusiya tərəfinə veriləcək. Müəssisənin özü 2022-ci ilin martında fəaliyyətini dayandırıb.
Rusiya bazarını tərk etmək qərarı Ukrayna ətrafındakı vəziyyətlə, həmçinin logistika sahəsində problemlər səbəbindən hissələrin və birləşmələrin tədarükünün dayandırılması ilə bağlıdır.
“Isuzu Motors” 2008-ci ildə Ulyanovsk vilayətindəki montaj zavodunda istehsala başlayıb. 2021-ci ildə təxminən 3,7 min yük maşını istehsal edib. Bu, “Isuzu Motors”un qlobal istehsalının təxminən 1%-nə uyğundur. Əvvəllər korporasiya Rusiya yük avtomobillərinin istehsalını ildə 5000-ə qədər artırmağı planlaşdırırdı.
Unikal
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












