Yeganə nüsxədə buraxılmış "Chiron" hiperkarı hərraca çıxarılacaq
Bugatti brendi Chiron hiperkarının daha bir xüsusi versiyasını təqdim edib. Amma onun ətrafında maraqlı bir əfsanə yaradılıb. Hər şey 2020-ci ildə 60 nüsxəlik tirajla buraxılmış Bugatti Chiron Pur Sport drayver kupesinin debütü ilə başlayıb. Əlbəttə ki, Pur Sport indeksli hiperkarların bütün dirajı tez bir zamanda satılıb. Bununla belə, bəzi müştərilər bu hiperkarın daha az aqressiv kuzov dəstinə malik olan versiyasını istədiklərini bildiriblər. 2020-ci ilin payızında Bugatti mühəndisləri Chiron Profilee versiyası üzərində işə başlayıblar.
İşləmələr və sınaqlar başa çatdıqdan sonra, Chiron modelinin beş yüz nüsxədən ibarət olan bütün tirajının artıq müştərilər arasında paylandığı və yeni versiyanı istehsal proqramına daxil etməyin mümkün olmadığı ortaya çıxıb. Odur ki, bütün işləmələriı zibil qutusuna atmamaq və onları "metalda" saxlamaq üçün ən azı bir Bugatti Chiron Profilée hiperkarını inşa etmək qərara alınıb. Şəkillərdəki avtomobil məhz yeganə nüsxədə olan həmin hiperkardır.
Yeni kupe həqiqətən də baza Chiron hiperkarına daha yaxın olan rahat dizayna malikdir. Arxa tərəfdə böyük arxa qanadın əvəzinə səliqəli "ördək quyruğu" quraşdırılıb. Bununla belə, ön hava girişlərini genişləndirilmək gərək olub və, ön tərəfdəki splitter dəyişdirilib. Profilée versiyası xüsusi Argent Atlantique mavi rəngə boyanıb ki, bu rəngdən bu günə qədər Chiron hiperkarında tətbiq edilməyib. İlk dəfə olaraq, salon tərtibatında parça əlavələrdən istifadə olunub: onlar qapıları, ön paneli və mərkəzi tuneli bəzəyirlər.
Güc qurğusu Pur Sport versiyası ilə eynidir. Dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edir. Dövrələrin məhdudlaşdırıcıs 6700-dən 6900 dövr/dəqiqəyə qaldırılıb. İki muftalı yeddi pilləli "robot" yaxınlaşdırılmış ötürmə nisbətlərinə və digər tənzimləmələrə malikdir. Lakin şassi yenidən tənzimlənməsi daha az radikal reseptə əsasən həyata keçirilib: Sport versiyası ilə müqayisədə yayların sərtliyi cəmi 10% artırılıb.
Xatırladaq ki, Pur Sport versiyasında bu göstərici öndə 65%, arxada isə 33% təşkil edir. Nəticədə, Chiron Profilée versiyası 380 km/saata qədər sürətlənir. Pur Sport versiyasında maksimal sürət 350 km/saatdır. Hər iki modifikasiyanın sürətlənmə dinamikası eynidir: 100 km/saata - 2,3 saniyə, 200 km/saata -5,5 saniyə.
Bugatti Chiron Profilée hiperkarının yeganə əmtəə nüsxəsi 2023-cü il fevralın 1-də keçiriləcək RM Sotheby's hərracında satılacaqdır. Ancaq kim bilir: bəlkə də öz hiperkarlarını gözləyən bəzi müştərilər öz sifarişlərini yeniləməyə tələsəcək və onlar üçün də belə Chiron hiperkarını hazırlamağı xahiş edəcəklər. Çətin ki, Bugatti belə bir xahişə rədd cavabı versin.
autograph.az