Yeni nəsil "Audi A8" modelinin debüt tarixi açıqlanıb - FOTO

Artıq Mercedes-Benz elektriklə hərəkətə gələn EQS, BMW isə i7 flaqman modellərini öz alıcılarına təklif edir. “Alman üçlüyündə” elektrik flaqmanını təqdim etməyən yeganə istehsalçı Audi markasıdır.Lakin tezliklə İnqolştadt istehsalçısının model xəttində belə bir bayraqdar peyda olmalıdır. Alman markasının baş dizayneri Mark Lixte A8 modelinin qarşıdan gələn nəsil dəyişikliyi ilə bağlı təfərrüatları açıqlayıb.
Lixtenin bildirdiyinə görə, elektrik xəttinin 2024-cü ildə bazara çıxması gözlənilən flaqmanı 2021-ci ilin Grandsphere konseptinə "çox bənzəyəcəkdir". O, A8 E-Tron adlanacaq və Porsche ilə birgə hazırlanmış PPE (Premium Platform Electric) platformasına əsaslanacaqdır. Bu günə qədər Audi markasının gələcək A8 modelinin prototiplərinin ümumi istifadə yollarında görünmədiyini nəzərə alsaq, modelin yaradılması prosesinin başlanğıc mərhələsində olduğunu söyləmək gərəkdir.
Audi Grandsphere 2021-ci ilin yayında debüt edib, artıq o zaman konsepti yeni Audi A8 modelinin carçisi adlandırırdılar. O, “sfera” seriyasından olan ikinci konseptual elektrik avtomobilidir və onun əsas vəzifəsi alman markasının dizayn və texnologiyalarının inkişaf istiqamətini göstərməkdir. Bu yaxınlarda “Autocar” nəşrinə verdiyi müsahibədə, Audi markasının şef dizayneri Mark Lixte açıq şəkildə Grandsphere konseptinin "gələcək yol modelinin konkret tizeri" olduğunu söyləyib.
Grandsphere indiki A8 sedanından daha böyükdür, seriya avtomobilinə keçmə ehtimalı olmayan və hərəkət istiqamətinin əksinə açılan arxa qapılara malikdir. 60 dərəcəyə açılan kürək hissəsi olan arxa oturacaqları, habelə qatlanan sükan çarxı və cihazlar panelini də gözləmək lazım deyil - bu elementlərin yaxın bir-iki il ərzində kütləvi istehsal olunan avtomobillərdə tətbiq edilməsi ehtimalı çox azdır. Bununla belə, təkrar emal üsulu ilə əldə edilən ekoloji cəhətdən təmiz materiallardan geniş istifadə olunacağı daha real görünür.
Gələcək bayraqdar modelinin elektrik güc qurğusu haqqında heç bir təfərrüat yoxdur. Yeganə məlum olan onun elektrik ötürməsi ilə hərəkətə gələcəyidir. Grandsphere konseptinə gəlincə, o, iki elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 721 at qüvvəsi təşkil edir. Prototipə yerindən 100 km/saat həddinə sürətlənməyə dörd saniyədən bir qədər çox vaxt tələb olunur.
autograph.az
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq












