Yeni nəsil "Renault Scenic" modelinin ilk şəkilləri dərc edilib

Keçən il fransız brendi əsrin əvvəllərində məşhur olan eyni adlı kompaktveni təqaüdə yollayıb. Lakin Renault marketoloqları Scenic adı ilə vidalaşmağa cəsarət etməyiblər: məlum olub ki, model nəsil dəyişdirəcək və Megane ilə Nissan Ariya elektrokarlarının əsaslandığı CMF-EV platformasında inşa edilmiş elektrik krossoverinə çevriləcəkdir. E-Tech Electric indeksli yeni Renault Scenic krossoveri cari ilin sentyabr ayında debüt etməlidir.
Renault 2022-ci ildə Scenic modelinin beşinci nəslinin carçısı olan yeni Scenic Vision konseptini təqdim edib. Fransız istehsalçısının "sabahın ailə avtomobili" kimi xarakterizə etdiyi model Volkswagen ID.4, Hyundai Ioniq 5 və Kia EV6 modelləri ilə rəqabət aparmalıdır.
Yeni Scenic modelinin təqdimatı sentyabr ayında Münhendə keçiriləcək IAA Mobility sərgisində baş tutacaqdır. Hələlik isə, Renault, konseptdən çox şeyləri (məsələn, optikanın ümumi nisbətlərini və formasını) mənimsəmiş kamuflyajlı aavtomobili nəzərdən keçirməyə dəvət edir.
Əslində, “əmtəə” krossoveri kameralar əvəzinə ənənəvi yan güzgüləri və daha qalın pəncərə dayaqlarını alacaqdır. “Batırılmış” tutacaqların yeri, hərəkət istiqamətinin əksinə açılan arxa qapılardan imtina edildiyinə işarə edir.
Krossoverin ölçüləri açıqlanmayıb. Konseptin uzunluğu 4490 millimetr, eni - 1900 millimetr, hündürlüyü - 1590 millimetr, təkər bazası isə 2835 millimetrdir. Əgər ölçülər uyğun gələrsə, Scenic modelinin seriya versiyası Volskwagen Tiguan modelindən bir qədər qısa olmalıdır. Yeri gəlmişkən, alman krossoveri daha geniş təkər bazasına malikdir.
CMF-EV platforması tam ötürmənin tətbiqinə şərait yaradır, lakin Scenic modelinin belə bir versiyaya malik olub-olmayacağı məlum deyil.
Konsept 217 at qüvvəli (160 kilovat) elektrik mühərriki, 40 kilovat-saatlıq batareyası və yanacaq hüceyrələri olan ilk Renault hidrogen krossoveri idi.
Scenic isə adi elektromobili olacaqdır, çünki Renault şirkəti hidrogen güc qurğusunun istehsalına yalnız növbəti onillikdən sonra başlaya biləcəkdir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










