Yeni nəsil "Toyota Prado" modelinin mühərrikləri barədə məlumat peyda olub

Artıq məlum olduğu kimi, Toyota şirkəti sabah, avqustun 2-də, Land Cruiser Prado ofrouderinin növbəti nəslini təqdim edəcəkdir. Populyar ofrouderin debütünə iki gün qalmış “BestCarWeb” nəşri Prado modelinin mühərrik çeşidi barədə məlumat əldə etdiyini bildirib.
Nəşrin əldə etdiyi məlumata görə, Prado ofrouderinin baza versiyası cari nəsildə istifadə olunan 2,7-litrlik dördsilindrli benzin mühərriki ilə təchiz ediləcək. Alternativ olaraq, 2,8-litrlik dizel aqreqatı da təklif ediləcək. Hər iki mühərrikin hasilatı artırılacaq, yanacaq səmərəliliyi isə yaxşılaşdırılacaq.
Yeni Prado altısilindrli mühərrik ilə təchiz edilməyəcək. Ən bahalı ofrouder 2,4-litrlik dördsilindrli mühərrikə əsaslanan hibrid güc qurğusunu alacaq. Hibrid qurğunun hasilatının 371 at qüvvəsi olacağı söylənilir. Bu mühərrikin elektrik üstqurumu olmayan variantının 279 at qüvvəsi hasil edəcəyi ehtimal olunur. Bundan başqa, hər iki mühərrikin 6-pilləli “avtomat” ilə tandemdə çalışacağı söylənilir. Xatırladaq ki, Land Cruiser 300 ofrouderi 10-pilləli “avtomata” malikdir.
Standart daxiliyanma mühərriki olan bütün versiyalar tam ötürmə sistemi ilə təchiz ediləcəklər. LC Prado modelinin yeni nəsli Lexus GX ofrouderi ilə eyni platformanı bölüşəcək. Hər iki ofrouderin təkər bazası 2850 millimetr təşkil edir, odur ki, onlar oxşar ölçülərə malik olmalıdırlar. Lakin Land Cruiser Prado “qohumundan” 50 millimetr qısa olacaq ki, bu da onun uzunluğunun 4,9 metrə çatacağından xəbər verir. Yeni Prado ofrouderinin klirensi 225 millimetr olacaq.
Sabah debüt edəcək Land Cruiser Prado ofrouderinin Yaponiyadakı satışlarına bu ilin oktyabr ayında başlanacağı gözlənilir. Yeniliyin qiymətinin 4 - 7 milyon yen arasında olacağı gözlənilir.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












