Yenilənmiş "Lamborghini Urus" rekorda imza atıb

Rəsmi olaraq yenilənmiş Lamborghini Urus krossoveri hələlik təqdim olunmayıb, lakin italyan avtomobil istehsalçısı onun rekorda imza atdığını bəyan edib. Superkrossover rekord müddətə - 10 dəqiqə 32,064 saniyəyə Payks Pik zirvəsinə qalxmağı bacarıb. Nəticədə yenilənmiş Urus əvvəlki rekordçunu - zirvəyə 10 dəqiqə 49,902 saniyəyə qalxmağı bacarmış Bentley Bentayga modelini üstələməyi bacarıb.
Payks Pikə qalxma Kolorado ştatında keçirilən ənənəvi yarışdır. Avtomobillər ən qısa müddət ərzində 156 döngəsi olan 20 kilometrlik yolu qət etməli və 4302 metr hündürlükdə qalxışı başa çatmalıdırlar. Bu günlərdə Lamborghini kamuflyajlı Urus modelinin dağa necə qalxdığını göstərən videoçarxı yayıb. İndi isə, şirkət krossoverin qalxmanı rekord müddətdə həyata keçirərək Bentley Bentayga modelini taxtından düşürdüyünü bildirib.

Kamuflyajın altındakı dizaynı bir qədər “təzələnmiş” yenilənmiş Lamborghini Urus krossoveridir. Güman etmək olar ki, dəyişikliklər modernləşdirilmiş radiator barmaqlığıdan, hava girişlərinin fərqli tərtibatından, arxa tərəfdəki digər hava çıxışları və diffuzordan ibarət olacaqdır. Yenilənmiş modelin Urus Evo adlandırılacağı da gözlənilir.
Eyni zamanda, Urus PHEV plagin hibridinin də gələn həftə Monterey Car Week tədbiri çərçivəsində ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Versiyalardan birinə görə, hibrid qurğu Panamera Turbo S E-Hybrid modelindən götürüləcəkdir. Hibrid qurğunun tərkibinə 4,0-litrlik V8 biturbo mühərriki və ikimuftalı 8-pilləli ötürmələr qutusuna inteqrasiya olunmuş 136 at qüvvəli elektrik mühərriki daxildir. Hibrid qurğunun gücünün təxminən 830 at qüvvəsi olacağı söylənilir.
Hazırkı Lamborghini Urus modeli 2018-ci ildən istehsal olunur və italyan markasının ən çox satılan modeli olaraq qalır. Belə ki, 2022-ci ilin birinci yarısında şirkət dünya üzrə 5090 superkar tədarük etməyi bacarıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Urus modeli Lamborghini şirkətinin ümumi satışlarında 61 faiz paya sahibdir.
Xatırladaq ki, bu yaxınlarda istehsal edilmiş iyirmi mininci Urus krossover Azərbaycandakı sifarişçiyə göndərilib.
autograph.az
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO
"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir










