Yuxuda avtomobil görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də maşındır. Bəs, yuxuda maşın görmək nə vəd edir?
Lent.az yuxuda maşın görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda maşın görmək işlərinizin yaxşıya doğru gedəcəyini, maddi vəziyyətiniz üçün lazımi tədbirləri görəcəyinizi ifadə edir.
Yuxuda avtomobil görən şəxsin xərclərində azalma olma ehtimalı var. Amma bu avtomobili hansı rəngdə görməyinizlə də əlaqəlidir.
Yuxuda avtomobil qəzasını görmək yuxu sahibinin real həyatda yanlış bir şey etməyi dayandırmadığını və nəticədə peşman olduğunu göstərir. Belə olan halda xəyalpərəst ətrafında, yaxınları arasında məsuliyyətsiz, eqoist və laqeyd bir insan kimi tanınır. Həmçinin, yuxuda qəza görən şəxsin həyatında bir sıra dəyişikliklərin olacağına da işarədir. Bu insanın maddi və mənəvi həyatı ilə bağlı ola bilər.
Yuxuda avtomobil qəzası insanların olmadığı, sakit bir yerdə baş verirsə, bu, həmin şəxsin tək qalacağına və işlərinin yolunda getməyəcəyini bildirir. Yox, əksinə qəzanın baş verdiyi ərazi izdihamlıdırsa, belə yuxu xəyalpərəstin digər insanların köməyi ilə çətin günlərdən xilas olacağının xəbərçisidir.
Yuxuda maşın açarı görmək arzuladığınız şeylər üçün səy göstərəcəyinizə işarədir. Bu cür yuxu görən şəxs ailəsi ilə birlikdə daha rahat və gözəl yaşamağa çalışacaq. Yuxuda avtomobil açarı görmək ətrafınızda hörmət qazanacaq işlərə imza atacağınıza da dəlalət edir.
Yuxuda maşın almaq, yuxu sahibinin yaxınlarının həyatında fəal rol oynayacağını bildirir. Ailə və ya dostları ilə münasibətlərdə heç bir problem yaratmayan, yaşanan problemləri həll edən adam olacaq. Bununla yanaşı, iş həyatında da vacib vəzifələr əldə edəcək.
Bu avtomobilləri idarə edənlərə ŞAD XƏBƏR
Hibrid və elektromobil sürənlərə PİS XƏBƏR
“Tesla” çöküşdən belə xilas oldu - FOTO
"Kia" K9 premium sedan modelinin istehsalını dayandırır - Səbəbi isə...
"Gelandewagen" ucuzlaşdı; səbəb Çindir - FOTOLAR
Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT










