Zagato atelyesi yeganə nüsxədə inşa etdiyi kupeni göstərib

İtaliyanın Zagato studiyası Alfa Romeo Giulia sedanını unikal idman avtomobilinə çevirib. Alfa Romeo Giulia SWB adlandırılmış kupenin donor sedan ilə ümumi cəhətləri çox azdır: kupe orijinal V6 biturbo mühərrikinə və mexaniki transmissiyaya, qısaldılmış təkər bazasına və qeyri-adi formalı eksklüziv karbon kuzova malikdir. Zagato yeganə nüsxədə inşa etdiyi avtomobili Almaniyada yaşayan adı açıqlanmayan kolleksiyaçının sifarişi ilə hazırlayıb. Tezliklə avtomobil sifarişçiyə göndəriləcəkdir. Kupenin qiyməti açıqlamayıb.
Zagato dizaynerləri üçün ilham mənbəyi kimi 1980-ci illərin sonunda buraxılmış Alfa Romeo SZ modeli çıxış edib. Üç bölməli ön fənərlər yeni Tonale krossoverindən, təkər diskləri isə hardkor Giulia GTAm sedanından götürülüb.
Eksteryerin qalan elementləri orijinaldılar və Alfa Romeo markasından olan seriya modelləri ilə ümumi elementləri yoxdur. Maraqlı dizayner həlləri: qapı tutacaqlarından imtina, çıxıntılı firma damı və nəhəng hava girişləridir.
Alfa Romeo Giulia SWB Zagato layihəsinin əsası olaraq mexaniki transmissiyalı Quadrifoglio modifikasiyası götürülüb. Bununla belə, oxlar arasındakı məsafə və kuzovun çıxıntıları qısaldılıb, kapotun altında isə kiçik seriya ilə buraxılan Guilia GTA sedanından götürülmüş təkmilləşdirilmiş 540 at qüvvəli 2,9-litrlik V6 turbomühərriki yerləşdirilib. Kupenin adındakı SWB (Short Wheel Base) abbreviaturası qısaldılmış təkər bazasına işarə edir.
Şübhəsiz ki, salon orijinal Giulia modelindən götürülüb. Rəng birləşmələri, qapı kartları və tərtibat materialları unikaldırlar, oturacaqlar da dəyişdirilib - üstünlük Z-loqosu və fiqurlu tikişləri olan idman oturacaqlarına verilib. Əlbəttə ki, kupe iki nəfərlikdir, oturacaqların arxasında isə təhlükəsizlik yarım çərçivəsi quraşdırılıb.
Giulia SWB Zagato modelinin fotosessiyasının Alfa Romeo muzeyinin yaxınlığındakı La Pista trekində həyata keçirilməsi simvolikdir. Milan atelyesinin baş direktoru yeni kupenin qeyri-rəsmi sələfləri - Giulietta SZ və Giulia TZ modellərinin məhz burada yaradıldığını xatırladıb.
Yeganə nüsxədə inşa edilmiş idman avtomobilinin qiymətini yalnız təxmin etmək olar, çox güman ki, söhbət milyonlarla dollardan gedir, çünki hətta adi Giulia GTAm modelinin qiyməti 200 min dollardan başlayır. Tezliklə eksklüziv avtomobil müştəriyə təhvil veriləcəkdir.
autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











