Zəlzələdə milyonluq avtomobillər bu hala düşdü - FOTO - VİDEO

Fevralın 6-da Kahramanmaraşda baş verən iki dağıdıcı zəlzələdən sonra Malatyada yüzlərlə bina dağılıb və minlərlə insan həyatını itirib. Şəhər boyu dağıntıların təmizlənməsi işləri davam edərkən, zəlzələ zamanı dağılan binaların altında və ətrafında olan avtomobillər yararsız hala düşüb.
Avtosfer.az xəbər veri ki, Malatyada dağıdılan binaların altında qalan avtomobillər təyin olunmuş əraziyə gətirilib. Dronla görüntülənən parkdakı milyon dollarlıq avtomobillərin görünüşü diqqət çəkib.
Onlarla dağıntılar altından tam yararsız vəziyyətə düşən avtomobil evakuatorların köməyi ilə təhlükəsizlik qrupları tərəfindən pulsuz olaraq təyin olunmuş parka daşınır və yer tutmamaq üçün üst-üstə qoyulur. Oğurluq və digər hadisələrin qarşısını almaq üçün polisin nəzarətdə saxlandığı ərazidə nəqliyyat vasitələrinin sahibləri sağdırsa özlərinə,yoxdursa birinci dərəcəli qohumlarına verilir.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində binaların dağıntıları altında qalan avtomobillərin görüntüsü fəlakətin böyüklüyünü ortaya qoyan detallardan biri olub.

unikal
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












