Zülmətə qərq olmuş Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi - FOTO

Bu halla ilk dəfə rastlaşdıqda təsadüf saydım. Növbəti günlərdə də qarşıma eyni mənzərə çıxdıqda hər şeyin təsadüf deyil, qanunauyğunluq olduğunu anladım.
Söhbət Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) gedir. Hava qaraldıqda insanlar buradan istifadə etməyə qorxurlar. Çünki hər yer zülmət qaranlıqdır. Avtobuslar mərkəzə saat 10.00-dək girib-çıxsalar da insanlar adətən burada dayanmır, 300 metr irəlidəki dayanacağa gedirlər (bunun özü də əlavə risk faktorudur). Ən maraqlısı isə çox vaxt hava qaraldıqdan sonra kart yükləmə terminalının da işləməməsidir.
Əslində bura təzə istifadəyə verilərkən kifayət qədər səliqəli və işıqlı yer idi. Tədricən sıradan çıxan lampaları yeniləməyi heç kəs düşünmədi və ortaya belə bir nəticə çıxdı.
Avtobuz çatışmazlığına dair haqlı iradları istər ekspertlər, istərsə də əhali demək olar hər gün səsləndirir. Doğrudur, avtobus alıb gətirmək kifayət qədər vaxt və pul tələb edir, proses azı 3 ay çəkir. Bəs xarab olmuş 10 lampanı dəyişmək necə? Peşəkar briqadanın əlində xırda təmirlə birgə buna ən çoxu 3 saat vaxt lazımdır.
PS. Bəzən BNA kiminsə onu haqsız yerə tənqid etdiyini iddia edir. Ola bilsin ki, belə bir hal baş verib. Bəs, adi lampanı dəyişmək kimi xırda, böyük xərc və vaxt tələb etməyən işləri gözardı edən qurumun tənqidlərdən şikayət etməsi nə dərəcədə əsaslıdır?
Vüqar Yaşaroğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR













