Bakını Sumqayıtla birləşdirən bu yoldakı vəziyyət sürücülərə ziyan vurur - VİDEO

Bu gün Bakı və onun rayonlarındakı yolların vəziyyəti sürücüləri narahat edən əsas problemə çevrilib. Ya küəçələrin işıqlandırılmaması, ya da yol nişanları ilə bağlı sürücüləri çaşdıran vəziyyətlərin olduğu ərazilər onların ya cərimələnməsinə, ya da ağır qəzalar törətməsinə gətirib çıxarır. Bir də yol infrastrukturunun, asfaltın bərbad olması artıq əsəbləri tarıma çəkən hala çevrilir.
Avtosfer.az-ın sosial şəbəkə hesabına sürücülərdən biri tərəfindən video göndərilib. Videoda nəqliyyat vasitəsi idarəçisi Bakının Sabunçu rayonu ərazisindəki yolun vəziyyətini göstərir. Belə ki, Pirşağı qəsəbəsi ərazisindən keçən Qurtuluş və Kərim Kərimov küçələri nəqliyyat vasitələrinin qəniminə çevrilib. Bakı ilə Sumqayıtı əlaqələndirən alternativ yollardan biri olan Böyükşor-Pirşağı-Sumqayıt yolundakı vəziyyət sürücülər tərəfindən ən çox narazılıq yaradan ərazilərdən biridir. Qəsəbənin daxilindən çimərlik istiqamətində, Dənizkənarı küçəsinə irəliləyən yolda asfaltdan hündür olan lyuklar, qurumlar tərəfindən qazılıb sonra təmir və bərpa işləri aparılmayan çuxurlar nəqliyyat vasitələrinə ciddi ziyan vurur.
Bununla yanaşı, Hacıbala Abutalıbovun dəstixətti ilə quraşdırılan lyuklar həm də bir növ cərimə səbəbinə çevrilib. Sürücülər avtomobili lyuklardan qaçırmaq üçün bəzi nöqtələrdə düz xətti tapdalayır, yaxud yolun əks istiqamətinə çıxmalı olur. Nəticədə, ya qəza şəraiti yaranır, ya da sürücü cərimə edilir. Bütün bu problemlərlə əlaqədar sürücülər aidiyyəti qurumları qəsəbənin əsas yolunu təcili şəkildə təmir etməyə və yaranmış vəziyyəti düzəltməyə çağırır.
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












