“Bolt”un 2025-ci ildəki gəlirləri 2,3 milyard avrodan çox olub – RƏSMİ - VİDEO

Ötən 3 il əzində dünyanın bir sıra ölkələrində pandemiya qaydaları yumşaldıqca insanların istər xarici, istərsə də ölkədaxili səyahətlərini rahatlıqla yerinə yetirməsi qaçılmaz idi. Belə məqamlarda digər ölkələrin, həm də ölkəmizin vətəndaşlarının köməyinə səyahət proqramları çatırdı. Hamını maraqlandıran suallardan biri o oldu ki, ötən il ən çox üz tutulan səyahət proqramı hansı olub?
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, müxtəlif xidmətləri vahid mobil tətbiqdə birləşdirən qlobal mobillik platforması Bolt, 2025-ci ildə Azərbaycanda ən çox yüklənən tətbiq olub.

“Bu göstərici rəqəmsal analitika və tətbiq bazarı üzrə ixtisaslaşmış “Sensor Tower” şirkətinin 2025-ci il ərzində topladığı məlumatlara əsaslanır.
Azərbaycan “Bolt”un ötən il ən çox yüklənən səfər və mobillik tətbiqi olduğu 23 ölkədən biri olub. Bu nəticə ölkədə rəqəmsal mobillik həllərinə və gündəlik nəqliyyatda texnoloji platformalara marağın artdığını göstərir.
“Bolt” hazırda Azərbaycanda 41 şəhərdə fəaliyyət göstərir, taksi gedişləri, mikromobillik həlləri (skuterlər), Bolt Food və korporativ həllər olan “Bolt for Business” daxil olmaqla 5 əsas xidmət təqdim edir və ölkədə fəaliyyətinə 2017-ci ildə başlayaraq xidmət portfelini mərhələli şəkildə genişləndirib.
Sensor Tower-in məlumatlarına görə, “Bolt”un Azərbaycanda populyarlığı istifadəçilərin tətbiqdən gündəlik və müxtəlif məqsədlər üçün aktiv istifadəsi ilə əlaqəlidir.
“Bolt”un Azərbaycandakı səfərlər üzrə rəhbəri Naim Əzizovun sözlərinə görə, “Bolt”un Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olması istifadəçilərin şirkətə olan etimadını göstərir. Şirkət gələcəkdə yeni şəhərlərə genişlənməyi, xidmətləri və tətbiq funksiyalarını inkişaf etdirərək istifadəçilər üçün daha rahat təcrübə təqdim etməyi planlaşdırır.
Azərbaycandakı nəticələrlə yanaşı, “Bolt” 2025-ci ildə qlobal miqyasda da güclü göstəricilər əldə edib. Şirkət həftəlik 12,5 milyard avroluq “GMV run rate”ə çatıb (GMV run rate — mövcud əməliyyat həcminin cari templə davam edəcəyi təqdirdə illik proqnozunu ifadə edən göstəricidir), 2,3 milyard avrodan çox gəlir qeydə alıb və eyni zamanda müsbət pul axını ilə fəaliyyətini davam etdirərək qlobal genişlənməsini sürətləndirib.
Səfər
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO










