Piyadaya yol verdiyi üçün siqnala əl atan avtobus sürücüsü təlimçini qəzəbləndirdi - VİDEO

Hər gün piyada vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınır. Məlumdur ki, belə qəzaların bir qismi yolu təyin olunmamış yerdən keçən, ehtiyatsız davranan piyadalar səbəbindən baş verir. Lakin bəzən qayda pozan sürücülər də piyadalara təhlükə yaradır, ən pis halda onları vururlar. Xüsusilə keçidə yaxınlaşan vaxt sürəti azaltmayan, piyada zolağından keçənlərə yol verməyən sürücülər kifayət qədərdir. Xoşagəlməz mənzərə nizamlanmayan keçidlərdə daha çox müşahidə edilir.
Paytaxtın Xəlil Rza Ulutürk küçəsində (Nəqliyyat Mübadilə Mərkəzinin arxa tərəfi) qeyd etdiyimiz məsələylə bağlı hadisə yaşanıb.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək videomaterial göndərib. Kadrdan da göründüyü kimi, ərazidən keçən sürücülər keçiddən istifadə edən piyadaya yol vermədən hərəkət ediblər. Onlardan fərqli olaraq təlimçi xanım dayanaraq piyadanın yolu keçməsinə şərait yaradıb. Lakin digər sürücülər ona yol vermədiyi üçün gənc təhlükəli vəziyyətlə üz-üzə qalıb. Üstəlik “BakuBus” MMC-yə məxsus 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü piyadaya yol verən təlimçiyə dəfələrlə siqnal verib. Arzu Babazadənin sözlərinə görə, eyni avtobus bir müddət sonra yenə piyadalara yol verməyərək qəza şəraiti yaradıb.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












