Bakıda qayda pozub sürücüyə hücum çəkən şəxs CƏRİMƏLƏNDİ - VİDEO

Avtosfer.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan sürücü ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırmalar nəticəsində sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib. Həmçinin, sürücü ərazi üzrə polis orqanına dəvət edilərək onunla profilaktik söhbət aparılıb.
*** 8 aprel, 17:30
Paytaxtın Azadlıq prospektində bir neçə avtomobilə təhlükə yaradan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərərək məlumat verib. Hadisə aprelin 7-də saat 13:44 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, tıxacda bir neçə saniyə qabağa düşmək istəyən 90-CU-226 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola, ardınca isə ən sol zolağa keçərək digər nəqliyyat vasitələrini sıxışdırıb və qəza şəraiti yaradıb.
Şikayətçinin sözlərinə görə, o, hadisədən dərhal sonra sürücüyə siqnal verərək iradını bildirib. Lakin qarşı tərəfin reaksiyası aqressiv olub.
Videodan aydın görünür ki, sürücü əvvəlcə əl işarəsi ilə narazılığını ifadə edir, daha sonra avtomobilindən düşərək şikayətçinin üzərinə gedir. İzləyicinin iddiasına əsasən, o, “Əcəb edirəm” deyərək cavab verib.
Qeyd edək ki, mövcud qaydalara görə, sürücü zolaq dəyişərkən digər hərəkət iştirakçılarına yol verməli və qəfil manevrlərlə onların hərəkətinə maneə yaratmamalıdır. Həmçinin nəqliyyat axınının içində avtomobili saxlayaraq mübahisəyə qoşulmaq əlavə risk yaradır və digər sürücülərin hərəkətini də məhdudlaşdırır.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












