44 günə 1,6 milyon manatlıq dəstək

Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində dövlətimizə, ordumuza, qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə və yaralı hərbi qulluqçularımıza dəstək aksiyalarını davam etdirirlər.
Avtosfer.az-ın məlumatına görə bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya bildirilib ki, digər ölkələrdə olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da bu işdə xüsusi fəallıq göstərirlər. Soydaşlarımız Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa şəhid ailələri və qazilərə yardım ediblər. Yalnız 44 günlük Vətən müharibəsi dövründə Rusiyada yaşayan soydaşlarımız tərəfindən ölkəmizə 1,6 milyon manat (müxtəlif valyutalar üzrə: 1 milyon 470 min 779,74 AZN, 5492 ABŞ dolları, 5 milyon 46 min 764 rubl) məbləğində dəstək göstərilib.
Bundan başqa, soydaşlarımızın təşəbbüsü ilə yaralı və əlil qazilərimiz üçün Rusiyadan Azərbaycana 2 ədəd “Dermatom” cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd “İlizarov” aparatı göndərilib. Rusiyada yaşayan soydaşlarımız tərəfindən alınan 566 ədəd əlil arabası isə yaxın günlərdə Bakıya çatdırılacaq.
Qeyd edək ki, qəlbi hər zaman tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımız 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan diasporunun güclü fəaliyyətini, misilsiz birlik və yekdilliyini bütün dünyaya nümayiş etdirdilər. Sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporumuz birmənalı olaraq Azərbaycan dövlətinin yanında olduğunu bir daha dünya ictimaiyyətinə bəyan etdi.



"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR












