6 güllə yarası alsa da 5 saat döyüşən xüsusi təyinatlı - VİDEO

Düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edərkən 6 güllə yarası almasına baxmayaraq 5 saat düşmənə qarşı döyüşən qazi Elnur Fəqani oğlu Cəfərdan danışacağıq.
“Report”-un əməkdaşları Kürdəmir rayonunun Qarasaqqal kəndində qazi Elnur Cəfərovun yaşadığı evə baş çəkiblər.
Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu E.Cəfərov Cəbrayıl, Kəlbəcər və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib.
Elnur Cəfərov orta məktəbi bitirdikdən sonra həqiqi-hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb və müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Vətən Mühaibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrdə bütün çətin tapşırıqların öhdəsindən gəlir və istehkamçı kimi böyük şücaət göstərir.
Füzuli rayonunun işğaldan azad edilməsinin ardınca Elnurun da içərisində olduğu qrup Cəbrayıla göndərilir. Cəbrayıl istiqamətində düşmənin hiyləsi ilə üzləşən Elnurun da içərisində olduğu qrup pusuya düşür. Elnur 6 güllə və bir neçə qəlpə yarası alsa da düşmənə qarşı rəşadətlə döyüşür. Pusuya düşən hərbçilərimizin sayı erməni terrorçularından az olsa da düşmənə qarşı 5 saat ağır döyüşdən sonra erməni döyüşçülərinin hərbi texniki vasitələri və canlı qüvvəsi məhv edilir. Elnur isə döyüş yoldaşlarının köməyi ilə təhlükəsiz yerə köçürülərək əməliyyat edilib.
Elnurun qardaşı Ceyhun da müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edir və hər ikisi 44 günlük zəfər döyüşündə şücaət göstərib.
Elnurun yaralanması xəbərini eşidən ailəsi isə onun yolunu həsrətlə gözləyir və sağ-salamat qayıtmasını arzulayırlar.
Elnur və Ceyhun qardaşları kimi yüzlərlə igid oğullarımızın canı və qanı bahasına ərazi bütövlüyümüzün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində qələbə qazandıq. Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Keyfiyyətsiz filtrlər mühərriki belə məhv edir
“Niva”nın qalmaqal yaradan fotosu - FOTOLAR
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA










