ABŞ-ın rüsumları dünyada avtomobil istehsalını azaldacaq - Nikkei

ABŞ-da avtomobil idxalına əlavə 25 faizlik tariflərin tətbiqi 2025-ci ildə bütün dünyada onların istehsalının 2 faiz azalmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei”in hesablamalarına görə, Vaşinqtonun rüsumları səbəbindən dünyada 1,55 milyon ədəd az avtomobil istehsal olunacaq. Cari ildə avtomobil istehsalı Avropa İttifaqında 3 faiz, Cənubi Koreya və Yaponiyada 2 faiz, Şimali Amerikada isə 9 faiz azala bilər.
Çindən sonra ikinci ən böyük avtomobil bazarına malik olan ABŞ-da indiyədək hər il təxminən 16 milyon avtomobil satılırdı. Eyni zamanda, Birləşmiş Ştatlarda satılan yeni avtomobillərin təxminən 50 faizi idxal məhsulları olub.
Xatırladaq ki, Ağ ev aprelin 3-dən ölkəyə idxal olunan bütün avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edib. Daha sonra Donald Tramp avtomobil istehsalçılarına tətbiq edilən bəzi rüsumların ləğvi haqqında sərəncam imzalayıb. Bundan əlavə, ABŞ administrasiyası mayın 3-dən qüvvəyə minəcək avtomobil hissələrinə 25 faizlik idxalı tariflərinə yenidən baxacaq.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












