Ağdama gedən yol minalardan təmizlənir - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir.
Avtosfeer.az xəbər verir ki, ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq. Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək (AzərTAc).





Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












