Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar

Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə rüsumların ləğvi barədə razılığa gələ bilərlər.
“Report” xəbər verir ki, bu barədə Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədri Bernd Lange Almaniyanın NTV telekanalına bildirib.
“Biz Çinlə rüsumların ləğvi üçün həllə yaxınıq. Biz razılaşmaya yaxınıq: Çin Aİ-də elektromobilləri minimum qiymətdən aşağı təklif etməmək öhdəliyini götürə bilər. Bu, ədalətsiz subsidiyalar vasitəsilə rəqabətin təhrif olunması problemini aradan qaldıracaq ki, bu səbəbdən də əvvəlcə rüsumlar tətbiq edilmişdi”, – o vurğulayıb.
Parlamentari həmçinin Almaniyanın mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlarını bölüşmədiyini bildirib: o, nümunə olaraq Çin elektrobayklarına tətbiq edilən rüsumları göstərib ki, Pekin bunların tətbiqinə etiraz etsə də, sonradan bununla barışıb.
Qeyd edək ki, son aylarda Aİ və Çin arasında mediada “ticarət müharibələri” adlandırılan bir neçə böyük ticarət mübahisəsi baş verib. Belə ki, oktyabrın 29-da Avropa İttifaqı ÇXR-dən elektromobil idxalına əlavə rüsumların tətbiqini yekun olaraq təsdiqləyib: istehsalçıdan asılı olaraq bu rüsumlar 35,3 %-ə qədər təşkil edəcək. Çin artıq bu addımı ÜTT-də mübahisələndirib. Eyni zamanda, Brüssel bildirib ki, Pekinlə birlikdə alternativ həll yolunun axtarışını davam etdirəcəklər.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











