Avtomobil kreditində bank fazilərinin aşağı salınması üçün danışıqlar aparırıq - AÇIQLAMA - FOTO

İyulun 16-sı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Müzakirələr zamanı çıxış edən "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın (AADA) İdarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, yaşı 5-dən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətlər bir müddət əvvəl müzakirə mövzusu idi:
“Zaman keçdikcə bu məsələlər öz həllini tapdı. Avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı utilizasiya məsələləri daha da sistemləşdirildi. Artıq yaşı 10-dan yuxarı olan avtomobillərin ölkəyə idxalında ciddi məhdudiyyətlər tətbiq olunur. Bizim əsas məqsədimiz nə idi? Yol-nəqliyyat hadisələrinin qarşısını almaq. Bu məsələ dəfələrlə qeyd olunub və ictimaiyyətin diqqətinə çatdırılıb. Hadisə baş verdikdə, adətən deyilirdi ki, “sürücü idarəetməni itirib”, amma bunun arxasında real texniki və struktur problemlər dayanırdı. Bundan əlavə, əvvəllər qonşu Gürcüstandan bir yox, eyni anda iki avtomobilin gətirilməsi halları da müşahidə olunurdu. Həmin avtomobillər isə çox vaxt texniki baxımdan istismara yararsız olurdu və bu da yollarımızda təhlükəsizlik problemləri yaradırdı. Bu səbəbdən, biz rəsmi şəkildə aidiyyəti qurumlara müraciətlər etdik. Məqsədimiz bank faizlərinin aşağı salınması idi ki, insanlar daha rahat şəkildə yeni və texniki cəhətdən təhlükəsiz avtomobillər ala bilsinlər. Sevindirici haldır ki, müəyyən nəticələr əldə olunub”.

Eyyub Əliyev qeyd edib ki, hazırda, xüsusilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hibrid və elektrik avtomobilləri üçün bank kreditlərinin faizləri 10 faizə endirilib.
“Gələcək planlarımıza əsasən, biz Mərkəzi Bankla da danışıqlar aparırıq. Əsas məqsəd daxili yanma mühərrikli yeni avtomobillər üçün də bank kredit faizlərinin aşağı salınmasıdır. Beləliklə, insanlar köhnə və təhlükəli avtomobil almağa məcbur qalmayacaqlar.
Bəzi digər məsələləri həmkarlarımız artıq qeyd etdilər, ona görə onları təkrar etməyə ehtiyac yoxdur. Amma son zamanlar elektrik avtomobilləri ilə bağlı təhlükəsizlik siqnalları da verilir. Məsələn, alışma zamanı söndürülmə problemləri müşahidə olunur. Keçən il Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə birgə böyük bir konfrans təşkil etdik. Bu tədbirdə həm mövcud problemlər, həm də onların həlli yolları ilə bağlı çıxışlar və təkliflər səsləndirildi.
Ümid edirik ki, ekoloji təmiz nəqliyyat vasitələri almaq istəyən vətəndaşlar rəsmi qurumlara müraciət edəcək, həm avtomobilləri qanuni şəkildə əldə edəcək, həm də onlarla bağlı xüsusi təlimatlardan keçəcəklər”.
Fidan
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












