Avtomobil tarixinin ən dəhşətli qəzası - 3 min nəfər ölüb - FOTO

Tarixdə “Ginnes rekordlar kitabı”na düşmüş ən dəhşətli avtomobil qəzası Əfqanıstanda, ölkənin şimalını mərkəzi ilə birləşdirən Salanq tunelində baş verib.
Avtosfer.az-ın xəbərinə görə, 1964-cü ildə sovet mühəndislərinin layihələndirdiyi 2,7 km uzunluqda tunel coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi.
Tuneldə ilk qəza 23 fevral 1980-də qeydə alınıb. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 “düşmən”in (sovet hərbçisi) həyatına son qoydu.
3 noyabr 1982-ci ildə isə burada tarixin ən çox ölümlə nəticələnən avtomobil qəzası baş verdi. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak oldu. Əfqanıstanın Milli Yanğından Mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilir.
Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əhməd şah Məsudun əmri ilə partladılır. 2002-ci ildə tunel yenidən açılır, 2004-cü ildə isə genişləndirilir. Lakin 1980-ci ildəki yanğınla bağlı müəmma sirrini qoruyur.
Vüqar
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır















